Müharibə əlilləri və şəhid ailələri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir
İrandan Azərbaycana 31 kq narkotik keçirilməsinin qarşısı alınıb
Spiker Gürcüstanın Rusiya ilə münasibətlərin bərpası üçün şərti açıqlayıb
Azərbaycan kosmonavtların xilas edilməsi ilə bağlı Sazişə qoşulur
6 Fevral 18:58
2 989
Niderlandın ən böyük bank qrupu olan "İNG Group" Azərbaycanda 2025-ci il üçün orta illik inflyasiyanı 4,8 %, 2026-cı il üçün isə 4,7 % səviyyəsində proqnozlaşdırır.
Xalqcebhesi.az ING-yə istinadən xəbər verir ki, bu proqnozlar yanvar ayında verilən gözləntiləri müvafiq olaraq 0,4 və 0,2 faiz bəndi üstələyir.
Bankın proqnozuna əsasən, Azərbaycanda 2025-ci ilin birinci rübündə orta illik inflyasiya 5,4 %, ikinci rübdə 5,7 %, üçüncü və dördüncü rüblərdə isə 4 % təşkil edəcək. 2026-cı ilin son rübündə bu göstəricinin 5,6 % olacağı gözlənilir.
İqtisadiyyat Nazirliyinin proqnozlarına görə, 2025-ci ildə illik inflyasiya 4,6 %, 2026-cı ildə isə 4 % səviyyəsində olacaq. Azərbaycan Mərkəzi Bankının 2025-ci ilin yanvar ayında yenilənmiş proqnozuna görə, cari ildə inflyasiya 5,5 %, 2026-cı ildə isə 3,8 % təşkil edəcək.
BMT-nin gözləntilərinə görə, bu il 3,6 %, 2026-cı ildə isə 3,1 % səviyyəsində olacaq.
Qeyd edək ki, ötən il Azərbaycanda orta illik inflyasiya 2,2 % təşkil edib.