Əmanətlərin Sığortalanması Fondunun öhdəlikləri dörd qat artıb İqtisadiyyat

Əmanətlərin Sığortalanması Fondunun öhdəlikləri dörd qat artıb

2016-cı ildə Əmanətlərin Sığortalanması Fondunun aktivləri 87,463 mln. manata çatıb ki, bu da 2015-ci illə müqayisədə 35,12% və ya 47,334 mln. manat azdır.
Bu barədə Fondun maliyyə hesabatında deyilir.
Fond ötən il öhdəliklərini kəskin artırıb. Belə ki, 2017-ci ilin əvvəlinə Fondun öhdəlikləri 3,73 dəfə artaraq 594,919 mln. manata çatıb. Öhdəliklərin 526 mln. 733 min manatı krteditlərin və borcların qısamüddətli hissəsi, 34 mln. 922 min manatı kreditlər və borclar, 27 mln. 989 min manatı kompensasiya ödənişləri üzrə öhdəliklər, 5 mln. 275 min manatı isə sair uzunmüddətli öhdəlikdir.
Ötən il ərzində Fondun sığorta haqları 6,82% artaraq 26 mln. 475,850 min manata, maliyyə gəlirləri 14,6% artaraq 3 mln. 961 min manata çatıb. Hesabat dövründə Fondun cəmi gəliri 30 mln. 437 min manata bərabər olub ki, bu da 2015-ci il ilə müqayisədə 7,78% çoxdur.
2015-ci il ilə müqayisədə ötən il 3,87 dəfə artaraq 587,245 mln. manat, inzibati və sair əməliyyat xərcləri 32,6% artaraq 3, 509 mln. manat, banklara ödənilmiş kompensasiyaların qaytarılması 83,638 mln. manat təşkil edib.
Ötən il Fondun zərəri 4,29 dəfə artaraq 482, 561 mln. manata yüksəlib.
Azərbaycan, Gürcüstan və İran dəmir yolları sahəsində işçi qrupu yaradır
Gürcüstanın paytaxtı Tbilisi şəhərində "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov, "Gürcüstan Dəmir Yolu" SC-nin sədri Mamuka Baxtadze və İran Dəmir Yolunun baş direktoru Səid Məhəmmədzadə arasında üçtərəfli görüş keçirilib.
"Azərbaycan Dəmir Yolları" QSC-nin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirovanın "APA-Economics"ə verdiyi məlumata görə, görüşdə yüklərin (konteyner daşımaları) Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə quru yolla daşımalarının təşkili, Fars körfəzi regionundan və Hindistandan (Azərbaycan və Gürcüstandan keçməklə) Avropaya və əks istiqamətdə Azərbaycan və İran limanlarının vasitəsilə yük daşımalarının (konteyner daşımaları) təşkili, tərəflərin dəmir yollarında yük vaqonlarının təkər arabacıqlarının dəyişdirilərək (1 520 mm standartlı izdən 1 435 mm standartlı izə və əksinə keçirilərək) hərəkəti məsələləri müzakirə olunub.
Bildirilib ki, hazırda böyük həcmli yük Fars körfəzi regionundan və Hindistandan Avropaya və əks istiqamətdə dəniz nəqliyyatı ilə daşınır və bu da 30-40 günə başa gəlir. Yüklərin Gürcüstan, Azərbaycan və İran üzərindən yönləndirilməsi daşınma vaxtının azaldılmasını təmin edəcəkdir. Bununla bərabər, marşrut üzrə rəqabətədavamlı tariflərin tətbiqi də vacib amillərdən biridir.
Görüşdə işlərin koordinasiya edilməsi üçün işçi qrupunun yaradılması, Poti/Batumi-Astara-Poti/Batumi (perspektivdə Qəzvin-Tehran/Bəndər-Abbas-Qəzvin) marşrutu üzrə konteyner qatarının təşkil edilməsi, marşrutun dəniz hissəsində yükdaşıma qiymətinin optimallaşdırılması üçün dəniz daşımaçılarıyla danışıqların təşkili qərara alınıb.
Müzakirə olunan məsələ ilə bağlı görüşlərin mütəmadi olaraq keçirilməsi qərara alınıb.
Tədbirin sonunda üçtərəfli protokol imzalanıb.