Tanınmış tarixçinin kitabı çap olundu Mədəniyyət

Tanınmış tarixçinin kitabı çap olundu

Tarix elmləri doktoru Güntəkin Nəcəflinin "Rusiya imperiyası və ermənilərin Azərbaycan torpaqlarında erməni dövləti yaratmaq fəaliyyəti (XVIII-XIX əsrin əvvəlləri)" adlı kitabı çap olunub.

Modern.az xəbər verir ki, yeni nəşrin elmi redaktoru AMEA-nın həqiqi üzvü Yaqub Mahmudov, rəyçiləri isə AMEA-nın həqiqi üzvü İsmayıl Hacıyev və professor Tofiq Mustafazadədir.

"Ocaq" Nəşriyyat-Poliqrafiya müəssisəsində nəşr olunan monoqrafiyada XVIII-XIX əsrin əvvəllərində Rusiya imperiyası və ermənilərin Azərbaycan torpaqlarında erməni dövləti qurmaq fəaliyyəti ilk dəfə kompleks şəkildə tədqiq edilir. Kitabda ermənilərin Azərbaycan dövlətlərinə (Səfəvilər, Əfşarlar və Azərbaycan xanlıqları) qarşı separatçı fəaliyyəti, Avropa və Rusiya hakim dairələrinə təqdim etdikləri plan və layihələr, Rusiya çarları – I Pyotr, II Yekaterina və I Nikolayın ermənilərdən alət kimi istifadə etməsi, II Yekaterina sarayında hazırlanan hərbi planlar, Azərbaycan torpaqlarında "Albaniya çarlığı", "Ararat krallığı" və s. adlanan Rusiyanın vassal asılılığında olan xristian qurumların yaradılması planları, ermənilərin Qacarlar və Osmanlı dövlətləri ərazisindən işğal olunmuş Azərbaycan torpaqlarına xüsusi məqsədlə köçürülməsi və digər məsələlər yeni arxiv sənədləri, ermənidilli qaynaqlar və müxtəlif elmi ədəbiyyat əsasında araşdırılır.