16:25
672
Yaponiyanın yeni baş naziri Sanae Takaiçi ilk telefon danışığını Ukrayna lideri Vladimir Zelenski ilə edib və Tokionun Ukraynaya dəstəyini ifadə edib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Yaponiya Xarici İşlər Nazirliyi məlumat yayıb.
Nazirliyin açıqlamasında vurğulanıb ki, "Baş nazir Takaiçi "Yaponiya Ukraynanın yanında olacaq" mövqeyinin dəyişməyəcəyini vurğulayıb".
Eyni zamanda, Yaponiya Nazirlər Kabinetinin yeni rəhbəri Ukrayna liderinə hörmətini ifadə edib.
Məryəm Quliyeva