Tehran: "Səma ya hamı üçün açıq olmalıdır, ya da heç kim üçün"
25 Sentyabr 16:54
25 Sentyabr 16:54
25 Sentyabr 15:07
25 Sentyabr 14:10
15 Aprel 2025 11:02
2 597
Azərbaycan Respublikası Hesablama Palatası 2024-cü ilin iş planına uyğun olaraq keçirilmiş kənar dövlət maliyyə nəzarəti üzrə tədbirlərlə maliyyə hesabatlarıyla bağlı 2 milyard 66,2 mln. manat məbləğində təhrifləri aşkar edilib.
APA-nın xəbərinə görə, bu, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Azərbaycan Respublikası Hesablama Palatasının 2024-cü ildə fəaliyyəti haqqında hesabat”ında əksini tapıb.
Maliyyə təhrifləri üzrə 2066,2 mln. manatın 1734,2 mln. manatı auditlər (NMR üzrə İdarə də daxil olmaqla) üzrə, 332 mln. manatı isə analitik fəaliyyət üzrə aşkarlanmış təhriflərdən ibarətdir.
Keçirilmiş auditlərlə maliyyə elementləri üzrə aşkarlanmış təhriflər ümumiləşdirilməklə iki istiqamətdə qruplaşdırılıb. Əhəmiyyətli təhriflər qrupuna maliyyə hesabatlarında məlumatların əks etdirilməməsi kimi təhriflər -807,3 mln. manat, maliyyə hesabatlarında digər qrupa aid edilən təhriflər 907,9 mln. manat təşkil edib. Bundan əlavə, Naxçıvan MR üzrə idarə tərəfindən müəyyən edilmiş təhriflərin məbləği 19,0 mln. manat olub.
25 Sentyabr 18:39
1 253
25 Sentyabr 18:38
1 239
25 Sentyabr 17:34
1 246