Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
26 Aprel 2025 17:20
4 424
Cəbrayıl rayonunun inzibati ərazisində Qarabağ Meşəçilik və Təlim Mərkəzinin ("Ağıllı Tinglik Sahəsi", "Beynəlxalq Meşəçilik Təlim Mərkəzi" və "Dostluq Meşəsi") salınması üçün 5 milyon manat xərclənəcək.
Xalqcebhesi.az Teleqrafa istinadən xəbər verir ki, bu məqsədlə Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında Meşələrin İnkişafı Xidməti açıq tender elan edib.
Ehtimal olunan qiyməti 5 milyon 57 min 291,20 manat olan müqaviləyə sahədaxili kommunikasiyaların çəkilməsi işləri də daxildir.
Təchizatçılar təklifləri təqdim etmək üçün 1500 manat iştirak haqqı ödəməlidirlər. Təkliflərin son təqdim olunma və zərflərin açılış tarixi mayın 30-na təyin olunub.
Qeyd edək ki, Meşələrin İnkişafı Xidməti 2023-cü ilə “TVM İnşaat” MMC ilə Cəbrayılda Qarabağ Meşəçilik və Təlim Mərkəzinin (“Ağıllı Tinglik Sahəsi”, “Beynəlxalq Meşəçilik Təlim Mərkəzi” və “Dostluq Meşəsi”) salınması üzrə işlərin satın alınması ilə bağlı 3 milyon 335 min 391 manatlıq müqavilə bağlayıb.
11 Sentyabr 18:10
1 225
11 Sentyabr 17:08
1 211
11 Sentyabr 16:24
1 260