

2025-ci ilin yanvar-mart ayları ərzində xarici mənbələrdən Azərbaycanın qeyri neft-qaz sektoru üzrə əsas kapitala yönəldilmiş investisiyaların həcmi 312.8 milyon manat təşkil edib.
Dövlət Statistika Komitəsindən “APA-Economics”ə verilən məlumata görə, bu göstəricinin həcmi ötən ilin müvafiq dövrü ilə müqayisədə 2.9 dəfə artıb.
Qeyd edək ki, bu ilin I rübündə xarici ölkələr və beynəlxalq təşkilatların vəsaitləri hesabına Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmi 948.7 milyon manata bərabər olub.