

Rusiya Müdafiə Nazirliyindən verilən açıqlamada Rusiya və Ukrayna arasında məhbus mübadiləsi olub.
Xalqcəbhəsi.az xəbər verir ki, bu barədə “Demirören” Xəbər Agentliyi məlumat paylaşıb.
Məhbus mübadiləsi çərçivəsində 205 rus əsgərinin geri qaytarıldığı, 205 nəfərin isə Kiyevə təslim edildiyi bildirilib. Açıqlamada qeyd olunub ki, məhbus mübadiləsi Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) vasitəçiliyi ilə baş tutub.