

12:43
Xristian Demokratlar İttifaqının lideri Fridrix Merz ilk turda Almaniya kansleri seçilmək üçün Bundestaqda kifayət qədər səs toplaya bilməyib.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə Almaniya parlamentinin spikeri Yuliya Klokner deyib.
Qeyd olunur ki, Merzi 310 deputat dəstəkləyib, kansler seçilımək üçün isə lazım olan səslərin sayı 316-dır.
***
Fridrix Merz Almaniyanın yeni kansleri olub.
Bundestaq onun namizədliyini ikinci cəhddə təsdiqləyib. Siyasətçi tələb olunan 316 səsdən daha artıq - 325 səs toplaya bilib.