Mahir Emrelinin “Nürnberq”dən ayrılacağı dəqiqləşib İdman

Mahir Emrelinin “Nürnberq”dən ayrılacağı dəqiqləşib

Azərbaycan millisinin üzvü Mahir Emreli çıxış etdiyi II Bundesliqa təmsilçisi “Nürnberq”dən ayrılacaq.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Futbolçu ilə Almaniya təmsilçisi arasında mövsümün sonunda bitəcək müqavilə yenilənməyəcək. Tərəflər əməkdaşlığı davam etdirməmək barədə razılığa gəliblər.

Qeyd edək ki, Mahir ötən ilin yayında Zaqreb “Dinamo”sundan “Nürnberq”ə keçib. O, çempionatda 22 oyunda 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Həmyerlimiz daha öncə "Bakı", "Qarabağ", "Legiya" (Polşa), "Dinamo" (Zaqreb, Xorvatiya), "Konyaspor" (Türkiyə) komandalarının da şərəfini qoruyub.