

Prezident İlham Əliyev Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavininin və məhkəmə kollegiyaları sədrlərinin, apellyasiya məhkəmələrinin məhkəmə kollegiyaları sədrlərinin və bəzi birinci instansiya məhkəmələri sədrlərinin təyin edilməsi haqqında Sərəncam imzalayıb.
APA xəbər verir ki, Sərəncama əsasən, Azərbaycan Respublikasının Ali Məhkəməsi üzrə Çingiz İsgəndər oğlu Əsgərov Azərbaycan Respublikası Ali Məhkəməsi sədrinin müavini, Hafiz Qənbər oğlu Nəsibov Azərbaycan Respublikası Ali Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Xəqani Səyyad oğlu Məmmədov Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Kəmalə Nəbi qızı Abiyeva Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Sənan Firudin oğlu Hacıyev Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının sədri təyin edilib.
Apellyasiya məhkəmələri üzrə Elmar Eldar oğlu Rəhimov Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri, Rəşad Ziyaviddin oğlu Mamedov Gəncə Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Şamil Qəhrəman oğlu Rzaquliyev Gəncə Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Hökümə Çingiz qızı Babayeva Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Rövşən Rafiq oğlu Rəfiyev Şəki Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının sədri, Elçin Şirin oğlu Hüseynov Şəki Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri, Tale Suliddin oğlu Kərimov Şirvan Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasının sədri təyin edilib.
inzibati məhkəmələr üzrə:
1.13. Araz Firidun oğlu Hüseynov Bakı İnzibati Məhkəməsinin sədri təyin edilsin;
1.14. Zəfər Arif oğlu Quliyev Gəncə İnzibati Məhkəməsinin sədri təyin edilsin;
1.15. İmran Ramazan oğlu Burcayev Sumqayıt İnzibati Məhkəməsinin sədri təyin edilsin;
1.16. Fehruz Novruz oğlu Abbasov Şirvan İnzibati Məhkəməsinin sədri təyin edilsin;
kommersiya məhkəmələri üzrə:
1.17. İlham Bayram oğlu Əhmədov Bakı Kommersiya Məhkəməsinin sədri təyin edilsin;
1.18. Rəşad Seylan oğlu Məmmədov Gəncə Kommersiya Məhkəməsinin sədri təyin edilsin;
1.19. Mübariz Rahil oğlu Hüseynov Şəki Kommersiya Məhkəməsinin sədri təyin edilsin;
1.20. Namidar Əlöysət oğlu Misirzadə Şirvan Kommersiya Məhkəməsinin sədri təyin edilsin;
rayon (şəhər) məhkəmələri üzrə:
1.21. Nemət Əlimusa oğlu Musayev Qazax Rayon Məhkəməsinin sədri təyin edilsin;
1.22. Rəşad Rafiq oğlu Mustafayev Sumqayıt Şəhər Məhkəməsinin sədri təyin edilsin.
2. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.