Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb İqtisadiyyat

Azərbaycan neftinin qiyməti 68 dollara yaxınlaşıb

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşıb.

"APA-Economics" xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 0,48 ABŞ dolları və ya 0,71% artaraq 67,62 ABŞ dolları olub.

Qeyd edək ki, Azərbaycan neftinin əvvəlki qiyməti 67,14 ABŞ dolları təşkil edib.