“Arsenal”ın futbolçusu mövsümlərarası fasilədə əməliyyat olunacaq İdman

“Arsenal”ın futbolçusu mövsümlərarası fasilədə əməliyyat olunacaq

İngiltərənin "Arsenal" komandasının futbolçusu Yurien Timber mövsümlərarası fasilədə əməliyyat olunacaq.

Cərrahi müdaxilə 23 yaşlı müdafiəçinin ayaq biləyində aparılacaq. Niderlandlı oyunçu sonuncu dəfə Çempionlar Liqasının PSJ ilə keçirilən cavab matçında meydana çıxıb.

Y.Timber bu mövsüm bütün turnirlərdə 48 oyun keçirib, 2 qol vurub və 4 məhsuldar ötürmə ilə yadda qalıb.