
Su qıtlığı problemi: Azərbaycanda təhlükə varmı?
27 Avqust 23:45
27 Avqust 23:45
27 Avqust 23:33
27 Avqust 23:09
27 Avqust 23:07
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
“Epilepsiya ən çox yayılmış nevroloji xəstəliklərdən biridir. Əhali sayına görə hər min nəfərdən beş-altısında bu xəstəliyə rast gəlinir və yaşadığımız bu mühitdə ətraf mühitin ekoloji amillərinin də epilepsiya xəstəliyinin tətiklənməsində böyük rolu var. Yəni tətiklənmə dedikdə epilepsiya xəstəliyinin qıcolmalarının artmasıdır, amma epilepsiya xəstəliyinin yaranmasında bir rolunu görmürəm”.
Bu sözləri Xalqcebhesi.az-a açıqlamasında həkim-nevroloq Gülnarə Rüstəmzadə söyləyib.
G.Rüstəmzadə əlavə edib ki, epilepsiya xəstələrinə ətraf mühitin ekoloji şəraitinin əlverişsiz olmasının böyük təsiri var: “Önləyici tədbirlər olaraq ətraf mühiti təmiz saxlamalıyıq, yaşıllıqlara daha çox önəm verməliyik. Həmçinin meşə yanğınlarının sayını azaltmaq, ətraf mühiti tullantılardan qorumaq lazımdır. Ekoloji şəraitin hər hansı epilepsiya xəstəsinə əgər mənfi təsiri varsa, həmin o xəstələrə önəririk ki, daha təmiz havası olan, məsələn, daha çox yaşıllığı olan rayonlarda məskunlaşsınlar, dəniz havası daha çox qəbul etsinlər və günəş şüasının altında çox qalmasınlar. Çünki bildiyimiz kimi artıq ozon təbəqəsi deşildiyinə görə radiasiyanın da faizi artıb. Ona görə həmin o hal epilepsiya xəstələrinə də mənfi təsir göstərir və onların qıcolma sayını artırır”.
Röya İsrafilova