

2025-ci ilin yanvar-aprel aylarında Azərbaycanın xarici ticarət dövriyyəsi 16 milyard 917.6 milyon dollara bərabər olub ki, bu da ötən illin eyni dövrünə nisbətən 24.1% çoxdur.
"APA-Economics" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsindən bildirilib.
Son bir ildə ölkə üzrə ixrac 7,5% artaraq 8 milyard 784.7 milyon ABŞ dolları, idxal isə 48.8% artaraq 8 milyard 132.9 milyon ABŞ dolları təşkil edib.
Xarici ticarət dövriyyəsinə 651.79 milyon dollarlıq müsbət saldo yaransa da, bu, ötən ilin eyni dövrünə nisbətən 4.2 dəfə az olub.