
Medinski “Qarabağ”ı məqsədli xatırlatdi: Mesaj nədir?
10 İyun 15:20
10 İyun 15:20
10 İyun 13:51
9 İyun 16:11
9 İyun 15:44
2025-ci ilin yanvar-may aylarında Azərbaycanda İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xəttilə dövlət büdcəsinə 7 milyard 843,3 milyon manata yaxın vergi daxil olub, proqnoza 105,7 faiz əməl edilib.
Bu barədə “APA-Economics” İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.
Qeyd edilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə vergi daxilolmaları 344,2 milyon manat və ya 4,6 faiz artıb.
Qeyri-neft-qaz sektorundan daxilolmalar 5 milyard 716,2 milyon manata yaxın təşkil edib. 2024-cü ilin eyni dövrü ilə müqayisədə bu sektordan vergi daxilolmaları 9,1 faiz çox olub. Ödənilən vergilərin 72,9 faizi qeyri-neft-qaz sektorunun, 27,1 faizi isə neft-qaz sektorunun payına düşüb.