Paşinyan Şahin Mustafayevin Ermənistana səfərini tarixi addım hesab edir
“Praktik nəticələr üçün ABŞ və Rusiyanın razılığı kifayət etmir”
Pezeşkian: Dəniz blokadası ABŞ-a öz məqsədlərinə çatmağa kömək etməyəcək
Dövlət başçısı: Əminəm ki, gələcəkdə də qızlar qızıl medal qazanacaqlar, mən buna şübhə etmirəm
12:04
693
Avropa İttifaqının bəzi ölkələri Aİ-nin qarşılıqlı yardım haqqında Müqaviləsinin 42.7-ci maddəsi ətrafında müzakirələrin aktivləşməsindən narahatlıq ifadə edirlər. Hesab olunur ki, bu addım NATO-ya alternativ yaratmaq cəhdi kimi qəbul edilə bilər və nəticədə ABŞ-ı Avropanın təhlükəsizliyi ilə bağlı öhdəliklərini azaltmağa sövq edər.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə diplomatik mənbələrə istinadən "Euractiv" məlumat yayıb.
Nəşrin məlumatına görə, bəzi liderlər bu məsələnin Kiprdə keçirilən qeyri-rəsmi sammitdə müzakirə olunmasını vaxtından əvvəl və Vaşinqtonla münasibətlər baxımından potensial riskli hesab edirlər.
Diplomatlar xəbərdarlıq edirlər ki, Aİ daxilində qarşılıqlı yardım mexanizmlərinin inkişafı kollektiv müdafiə prinsipini təsbit edən NATO-nun 5-ci maddəsinə alternativ kimi şərh oluna bilər. Belə bir vəziyyətdə ABŞ bunu Avropadakı mövcudluğuna yenidən baxmaq üçün bir arqument kimi istifadə edə bilər.
Son aylarda Aİ strukturları 42.7-ci maddənin tətbiqinin praktiki aspektləri, o cümlədən mövcud resurslar və təhlükəsizlik böhranlarına reaksiya ssenariləri üzərində işləməyə başlayıblar.
Lissabon müqaviləsi ilə təsbit edilmiş 42.7-ci maddə Aİ ölkələrini silahlı təcavüzə məruz qalmış üzv dövlətə yardım göstərməyə borclu edir. Lakin NATO mexanizmindən fərqli olaraq, bu maddə indiyə qədər heç vaxt tam şəkildə işə salınmayıb və ittifaq daxilində siyasi baxımdan həssas mövzu olaraq qalır.
Məryəm Quliyeva