
Nyu-Meksiko universitetində atışma baş verib
25 İyul 18:00
25 İyul 18:00
25 İyul 17:38
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
Ucarda elektron xidmətlərdən istifadənin təşviqi ilə bağlı tədbir keçirilib – FOTOLAR
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
2025-ci il iyul ayının 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları ( bank və qeyri-bank birlikdə) 30 milyard 231.8 milyon manat təşkil edib.
"APA-Economics" Azərbaycan Mərkəzi Bankına istinadən xəbər verir ki, bu göstərici cari ilin əvvəli ilə müqayisədə 3.2% çoxdur.
2024-cü ilin iyul ayının 1-i ilə müqayisədə isə iqtisadiyyata kredit qoyuluşları 12% və ya 3 milyard 228.5 milyon manat artıb.
Qeyd edək ki, bu dövrdə dövlət bankları tərəfindən kredit qoyuluşları 7 milyard 449.1 milyon manat, özəl banklar tərəfindən 21 milyard 23 milyon manat, qeyri-bank kredit təşkilatları tərəfindən isə 1 milyard 759.7 milyon manat təşkil edib.
Xatırladaq ki, hesabat tarixinə bankların kredit portfelinin həcmi 28 milyard 472.1 milyon manata bərabər olub ki, bunun da 15 milyard 143.7 milyon manatı biznes kreditləri, 8 milyard 898.3 milyon manatı istehlak kreditləri, 4 milyard 430.2 milyon manatı isə ipoteka kreditləri olub.