Hava nəqliyyatı ilə yükdaşıma azalıb İqtisadiyyat

Hava nəqliyyatı ilə yükdaşıma azalıb

Azərbaycanda bu ilin yanvar-iyul aylarında hava nəqliyyatı ilə 2 282 min və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,7 faiz çox sərnişin daşınıb.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinin aylıq hesabatına istinadən xəbər verir.

Hesabata əsasən, hesabat dövründə daşımaların 99,9%-i dövlət, 0,1%-i isə özəl müəssisələrə məxsus nəqliyyat vasitələri ilə həyata keçirilib.

“Hesabat dövründə bu nəqliyyat növü ilə yükdaşıma 4,2% azalaraq 223,5 min ton olub”, - hesabatda qeyd olunur.