Rubio: ABŞ Ukraynada sülh üçün hər şeyi edəcək Dünya

Rubio: ABŞ Ukraynada sülh üçün hər şeyi edəcək

ABŞ dövlət katibi, prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Marko Rubio bildirib ki, ABŞ Ukraynada sülhün əldə olunması üçün hər cür səy göstərəcək.

Xalqcebhesi.az TASS-a istinadən xəbər verir ki, o bu barədə Paraqvayın xarici işlər naziri Ruben Ramires Lezkano ilə görüşü zamanı danışıb.

Rubio-nun sözlərinə görə, bu məsələyə son qərarı Moskva və Kiyev verməlidir.
"Ona görə də sabah nə olacağını görəcəyik, görüşün necə keçəcəyini izləyəcəyik. Ümidlərimiz var, biz sülh istəyirik. Sülhə nail olmaq üçün əlimizdən gələn hər şeyi edəcəyik, amma nəticə etibarilə bu barədə razılığa gəlməli olan Ukrayna və Rusiyadır", – deyə Rubio bildirib.

Dövlət katibinin fikrincə, Ukraynada sülhün əldə olunması üçün əsas şərtlər təhlükəsizlik zəmanətləri və ərazi mübadiləsidir.

15 avqustda ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin Alaskada danışıqlar aparacaq. Görüş Moskva vaxtı ilə saat 22:30-a təyin edilib və yalnız liderlər və tərcüməçilər iştirak edəcək təkbətək müzakirə ilə başlanacaq.

Məryəm Quliyeva