Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb İqtisadiyyat

Azərbaycanda əhalinin gəlirləri 7%-dən çox artıb

2025-ci ilin yanvar-iyul aylarında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 7,2 faiz artaraq 50514,1 milyon manat və ya hər nəfərə orta hesabla 4935,6 manat olub.

Bu barədə “APA-Economics” Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Qeyd edilib ki, əhalinin sərəncamında qalan gəlirləri 44264,5 milyon manat təşkil edib.