

14 Avqust 20:11
14 Avqust 18:30
Deputat: Şuşa Bəyannaməsi Azərbaycanla Türkiyə arasında ortaq strateji baxışı müəyyənləşdirdi
“ABŞ-nin qlobal güc kimi süqutu dönməz xarakter alacaq” – Qüdrət Həsənquliyev
“İrəvan Rusiyadan sülh gündəmi ilə əlaqədar zəmanətlər almaqda maraqlıdır”
“Tramp anlayır ki, ABŞ dünyada hər şeyə qadir deyil”-Qüdrət Həsənquliyev
Türkiyədə Azərbaycanəsilli insanların da çox yaşadığı İğdır şəhərində “Bir millət iki dövlət” Azərbaycan-Türkiyə Gənclər Teatrı yaradılıb. Teatr artıq bir neçə ildir Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən iki ölkə arasında mədəni əlaqələrin genişləndirilməsi, milli mədəniyyətimizin, eləcə də Ümummilli Lider Heydər Əliyevin Azərbaycanın dövlətçiliyi, Azərbaycan-Türkiyə münasibətləri və Türk dünyasının birliyi üçün göstərdiyi müstəsna xidmətlərinin geniş təbliği məqsədilə həyata keçirilən layihələr əsasında ərsəyə gəlib.
İğdır Valiliyinin də dəstək göstərdiyi layihə çərçivəsində məşqlər və tamaşalar üçün şəhərin 100-cü il Kitabxanası, Şəhər Mədəniyyət Sarayında müvafiq yer ayrılıb.
Teatra rəhbərlik, bu istiqamətdə mühüm təcrübəyə malik, Naxçıvan Dövlət Universitetinin incəsənət fakültəsinin teatr və mədəniyyətşünaslıq üzrə baş müəllimi, Azərbaycanın Əməkdar artisti, rejissor Tofiq Seyidova həvalə edilib.
Artıq gənc aktyorların seçimləri aparılıb, məşqlərin keçirilməsi və tamaşaların hazırlanması prosesinə başlanılıb. Teatrın repertuarına Azərbaycan-Türkiyə qardaşlığı, ortaq dəyərlərimiz, tariximiz, habelə hər iki ölkənin yazıçılarının bu istiqamətdə əsərlərinə geniş yer verəcək.
Gələcəkdə teatrın İğdırla yanaşı, Türkiyənin fərqli bölgələrində milli mədəniyyətimizi təbliği nəzərdə tutulur.