Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq təyinat alıb İdman

Azərbaycan Voleybol Federasiyasının rəsmisi beynəlxalq təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının Kommunikasiya şöbəsinin Beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası tərəfindən (CEV) növbəti dəfə təyinat alıb.

AVF-dən AZƏRTAC-a verilən məlumata görə, o, kişi voleybolçular arasında Avropa çempionatının təsnifat mərhələsinin oyununda iş başında olacaq.

M.Frişman avqustun 16-da reallaşacaq E qrupunun İsveçrə - İsveç qarşılaşmasında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.