Lukaşenko Rusiyaya işgüzar səfərə yola düşüb
26 İyun 17:12
26 İyun 17:12
26 İyun 09:00
1 Oktyabr 2025 11:35
2 212
Asiya İnkişaf Bankı (AİB) bu ilin əvvəlində qida sistemlərinin transformasiyası üçün 2030-cu ilə qədər 40 milyard dollarlıq investisiya proqramını elan edib.
“APA-Economics” xəbər verir ki, bunu "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə panel müzakirəsi zamanı Asiya İnkişaf Bankının Azərbaycan və Türkmənistan üzrə əməliyyatlar rəhbəri Marina Rose Best deyib.
O bildirib ki, sözügedən yanaşmanın bir hissəsi də AİB-in Azərbaycanla tərəfdaşlıq strategiyasında əksini tapıb:
“Azərbaycan üçün kənd təsərrüfatının önəmini izah etməyə ehtiyac yoxdur – siz onsuz da yaxşı bilirsiniz. Amma rəqəmlərlə desək, əhalinin təqribən 36%-i kənd təsərrüfatında çalışır və bu, neft-qaz sektoru xaricində ÜDM-ə mühüm töhfə verir. Lakin bu qədər əhəmiyyətli olmasına baxmayaraq, sahə ciddi şəkildə az maliyyələşdirilib. Məsələn, irriqasiya olunan torpaqların yalnız 10%-ində müasir suvarma sistemləri mövcuddur. Bu isə çox böyük boşluqdur.
AİB indiyədək Azərbaycanda kənd təsərrüfatında geniş iştirak etməyib, amma biz bunu dəyişmək niyyətindəyik. Hazırda hökumətlə ilkin danışıqlar gedir”.
O, AİB üçün çay hövzələrinin monitorinqi və proqnozlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi və investisiya boşluqlarının doldurulması, kənd təsərrüfatında rəqəmsal və yeni texnologiyaların tətbiqi, fermerlərlə birbaşa işləyərək onların bilik və bacarıqlarının artırılması kimi sahələrin maraqlı olduğunu bildirib.
26 İyun 10:57
1 575
26 İyun 10:49
1 407
25 İyun 17:58
1 925