

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycan Türkiyədən 32,189 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları idxal edib.
"Report" Türkiyə İxracatçılar Məclisinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 18,9 % azdır.
Sentyabrda Türkiyə Azərbaycana 3,085 milyon ABŞ dolları dəyərində sement, şüşə, keramika və torpaq məmulatları ixrac edib ki, bu da 1 il əvvələ nisbətən 40,4 % azdır.
9 ayda Türkiyənin sement, şüşə, keramika və torpaq məmulatları ixracının ümumi dəyəri illik müqayisədə 2,8 % artaraq 3 milyard 353 milyon ABŞ dollarına, sentyabrda isə 2 % artaraq 383,28 milyon ABŞ dollarına çatıb.
Türkiyədən ən çox idxalı ABŞ 549,712 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 5,7 % çox), italiya 221,149 milyon ABŞ dolları (13,3 % çox) və Almaniya 197,974 milyon ABŞ dolları (1 il əvvələ nisbətən 6,4 % az) həyata keçirib.