Avropada Rusiya qazının payı son illərdə iki dəfə azalıb İqtisadiyyat

Avropada Rusiya qazının payı son illərdə iki dəfə azalıb

Avropanın enerji balansında Rusiya qazının payı son illərdə iki dəfə azalaraq 19%-ə düşüb.

Bunu Rusiya Baş nazirinin müavini Aleksandr Novak Rusiya Energetika Həftəsi zamanı bildirib.

“Onlar (Aİ) Rusiya qazının Avropa ölkələrinə tədarükünü məhdudlaşdırmaq qərarına gəldilər. Bu gün faktiki olaraq qaz tədarükü azalıb. Əvvəllər Avropanın balansında Rusiya qazının payı təxminən 44% idisə, bu gün ümumi idxal çərçivəsində təxminən 19% səviyyəsindədir. Yəni, iki dəfə azalıb”, - o qeyd edib.