Bu il Qarabağda su təsərrüfatına 44 mln. manatdan çox vəsait xərclənib İqtisadiyyat

Bu il Qarabağda su təsərrüfatına 44 mln. manatdan çox vəsait xərclənib

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın işğaldan azad edilmiş ərazilərində su təsərrüfatı infrastrukturunun qurulmasına xərclənən vəsaitin həcmi açıqlanıb.

Bu barədə Maliyyə Nazirliyindən bildirilib.

Məlumata görə, 9 ayda azad edilmiş ərazilərdə su xətləri, kollektorlar və qurğuların çəkilməsinə dövlət büdcəsindən 44,3 milyon manat vəsait xərclənib.

Qeyd edək ki, cari ilin dövlət büdcəsinin 9 aylıq icrasına əsasən işğaldan azad olunmuş ərazilərin yenidən qurulması və bərpası məqsədilə dövlət büdcəsinin xərcləri 2 milyard 567,5 milyon manat təşkil edib.