Rusiya strateji nüvə qüvvələrinin təlimi keçirib Dünya

Rusiya strateji nüvə qüvvələrinin təlimi keçirib

Rusiya Silahlı Qüvvələri Rusiya prezidenti Vladimir Putinin rəhbərliyi altında strateji nüvə qüvvələrinin quru, dəniz və hava komponentlərindən istifadəni təcrübədən keçirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti öz saytında məlumat yayıb.

"Təlimdə hərbi komandanlıq və idarəetmə orqanlarının tabeliyində olan qoşunların (qüvvələrin) idarə edilməsinin təşkili üzrə hazırlığı və əməliyyat vərdişləri yoxlanılıb. Təlimdə qarşıya qoyulan bütün məqsədlərə nail olunub", - məlumatda deyilir.
Sınaqlar zamanı Rusiya Silahlı Qüvvələri Plesetsk kosmodromundan Kamçatkadakı Kür poliqonuna doğru “Yars” qitələrarası ballistik raketini, həmçinin Barents dənizindəki “Bryansk” atom sualtı qayığından “Sineva” ballistik raketini buraxıb.
Bundan əlavə, Tu-95MS təyyarələri qanadlı raketlərin buraxılışını məşq edib.

Məryəm Quliyeva