

Qazaxıstan və Azərbaycan arasında Xəzər dənizinin dibi ilə fiber-optik kabel xəttinin çəkilişi layihəsinin texniki-iqtisadi əsaslandırmasını hazırlamaq üçün birgə müəssisə yaradılıb.
APA Qazaxıstan mediasına istinadən xəbər verir ki, bu barədə energetika naziri Yerlan Akkenjenov bildirib.
“Hazırda müəssisə təsis olunub və texniki-iqtisadi əsaslandırma maliyyələşdirilib. İki bank, o cümlədən Asiya İnkişaf Bankı bu işə dəstək verib. Əsaslandırma işləri başa çatdıqdan sonra layihənin dəqiq dəyəri məlum olacaq və qərarlar veriləcək”, – nazir qeyd edib.
Xatırladaq ki, Xəzər dənizinin dibindən çəkiləcək enerji kabeli Qazaxıstan, Azərbaycan və Özbəkistanın enerji sistemlərini birləşdirməyi nəzərdə tutur.