

Nigeriyanın paytaxtı Nigerdə yanacaq daşıyan yanacaq tankeri aşıb. Hadisə nəticəsində 30 nəfərin öldüyü, onlarla insanın yaralandığı bildirilir.
Xalqcebhesi.az xəbər verir ki, yerli mətbuatın verdiyi məlumata görə, Niger əyalətinin Katça rayonunda Bida-Agaie magistralında yanacaq daşıyan tanker aşıb.
Partlayış tankerin aşmasından sonra bəzi şəxslərin yanacaq oğurlamağa cəhd etməsi zamanı baş verib.
Partlayış nəticəsində 30 nəfər həyatını itirib, onlarla insan yaralanıb.
Hadisə yerinə yanğınsöndürmə briqadaları göndərilib.
Məryəm Quliyeva