Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim edilib
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olunub
Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i peşə tanınması üzrə imtahandan keçib
Netanyahunun Laricani və digərlərinin öldürülməsi əmrini verdiyi anın fotosu yayılıb
Ötən iki ayda fiziki şəxslərin ölkəyə idxalı 30%-ə yaxın azalıb
13 Noyabr 2025 12:58
1 995
2026-cı il üçün hazırlanmış büdcə zərfində müxtəlif amillərin təsiri nəticəsində büdcə parametrlərinin proqnozdan kənarlaşa biləcəyi vurğulanıb və bu risklərin idarə olunması məqsədi ilə müvafiq mitiqasiya tədbirlərinə dair izahlar da verilib.
APA xəbər verir ki, bunu Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisin Aqrar siyasət, Ailə, qadın və uşaq məsələləri, Elm və təhsil komitələrinin bu gün keçirilən birgə iclasında bildirib.
Vüqar Gülməmmədov bildirib ki, əksər risklər üzrə yumşaldıcı və mitiqasiya tədbirləri müəyyənləşdirilmiş, bəzi hallarda ilk dəfə olaraq risklərin maliyyə tutumu da qiymətləndirilib.
“Hesablama Palatası olaraq bu risklər də yanaşı, icmal büdcə o cümlədən dövlət büdcəsi üçün digər risklərin də aktual olduğunu düşünürük və bu risklər barədə sizlərə təqdim olunmuş rəyimizdə ətraflı şərh edilib. Makrofiskal çərçivə ilə bağlı daha bir şərt, fiskal risklərin müxtəlif şəraitlərə yarana biləcək, yalnız neft sektoru, pensiya xərcləri və iqlim maliyyəsi ilə deyil, təhdidləri də minimalaşdırmaq üçün senarilərin hazırlanmasıdır. Hesab edirik ki, bu hədəf ölkədə aparılan institusional islahatların faydalılığın artırılmasına xidmət edəcəkdir” - deyə Hesablama Palatasının sədri qeyd edib.