Ceyhun Bayramov Koreyanın xarici işlər nazirinin xüsusi nümayəndəsi ilə görüşüb
Cəbrayılın Horovlu kəndinə növbəti köç olub, açarlar təqdim edilib
Misirdə azərbaycanlı tədqiqatçı-alim “Peyğəmbərin Möhürü” ordeni ilə təltif olunub
Xaricdə ali təhsil almış 181 şəxsdən 18-i peşə tanınması üzrə imtahandan keçib
14:18
623
Misir Ərəb Respublikasında Şəriflər İttifaqının sədri Əs-Seyyid Mahmud Əl-Şərif Misir-Azərbaycan Dostluq Cəmiyyətinin və bu ölkədə fəaliyyət göstərən Azərbaycan diasporunun sədri, tədqiqatçı-alim Seymur Nəsirovu elm və biliyə xidmət sahəsində səmərəli fəaliyyəti, tolerantlıq dəyərlərinin təşviqi və xalqlar arasında dostluq əlaqələrinin möhkəmləndirilməsinə verdiyi mühüm töhfələrə görə “Peyğəmbərin Möhürü” ordeni ilə təltif edib.
S.Nəsirov 25 ildən artıqdır ki, ərəb mənbələrində Azərbaycanla bağlı tədqiqatlar aparır. Bu tədqiqatlar nəticəsində 250-dən çox əslən azərbaycanlı alim haqqında məlumatların yer aldığı iki kitabın müəllifidir. O, həmçinin Qahirə Universitetinin Ədəbiyyat fakültəsində təhsil alan 1700-dən çox misirli tələbəyə Azərbaycan dilini tədris edib. Onun elmi məqalələri və ictimai fəaliyyəti ərəb mediasında geniş şəkildə işıqlandırılır.
S.Nəsirov 2003-cü ildən Misirdə təhsil alan xarici tələbələrə rəhbərlik edir. Bu illər ərzində təsisçisi və rəhbəri olduğu müəssisələrdə dünyanın müxtəlif ölkələrindən minlərlə tələbə yetişdirilib. Hazırda isə dünyanın 65 ölkəsindən Misirdə təhsil alan iki mindən çox tələbə həmin müəssisələrdə təhsillərini davam etdirir.
Onun səmərəli fəaliyyətinə görə 2025-ci il sentyabrın 3-də Misir Prezidenti tərəfindən birinci dərəcəli “Elm və Fənlər” ordeni ilə təltif olunub. Seymur Nəsirov Misirdə yaşayan əcnəbilər arasında bu ordenə layiq görülən ilk şəxsdir.
Seymur Nəsirov Azərbaycan Respublikasının Prezidenti tərəfindən 2017-ci il 28 dekabr tarixli Sərəncamla xalqlar arasında dostluğun möhkəmləndirilməsi və Azərbaycan diasporunun inkişafı sahəsində xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif olunub. O, həmçinin 2020-ci ildə “Diaspor fəaliyyətində xidmətə görə” medalı, 2024-cü ildə isə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı ilə təltif edilib.
Cavid