Mətbuatda süni intellekt: dəstək, yoxsa əsas oyunçu?
25 Fevral 23:45

Dünya bazarında Azərbaycan nefti bahalaşıb. “Azeri Light” markalı neftin bir barelinin qiyməti 1,11 dollar və ya 1,5 faiz artaraq 73,31 dollar olub. Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 0,68 dollar artaraq 72,17 dollara yüksəlib. Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 0,63 dollar artaraq 66,94 dollar təşkil edib.
Qeyd edək ki, "Azeri Light" neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.
2026-cı ilin dövlət büdcəsi hesablanarkən neftin qiyməti 65 dollardan hesablanıb. Bu, 2025-ci illə müqayisədə 5 ABŞ dolları azdır. Hazırda dünya bazarında qiymətlərin 70 dollardan yüksək olması ölkəmizin xeyrinədir, proqnozlar hələlik özünü doğruldur. Neftin 1 dollar bahalaşması belə Azərbaycanın ixrac gəlirlərinin təxminən 300 milyon dollar, büdcə gəlirlərinin isə 150 milyon dollar artması deməkdir. İlin əvvəlindən neftin qiymətləri dəyişkən olsa da, hər halda orta qiymət 65 dollar ətrafında dəyişir. Bu isə Azərbaycanın maliyyə dayanıqlığını gücləndirir. Təsadüfü deyil ki, 2026-cı ilin dövlət büdcəsinin gəlirlərinin və xərclərinin idarə olunmasında da hər hansı problem yoxdur. Hətta büdcə gəlirlərində proqnozlardan artıq artım olub, xərclərdə isə azalma var...
Belə ki, Maliyyə Nazirliyinin məlumatına əsasən, 2026-cı ilin yanvar ayında dövlət büdcəsinin icrasında müsbət dinamika müşahidə olunub. Bu dövrdə xəzinədarlıq orqanları tərəfindən 37 mindən çox ödəniş tapşırığı icra edilib və dövlət büdcəsinin gəlirlərinin icrasında yüksək göstəricilər qeydə alınıb. Bu ilin yanvar ayı ərzində dövlət büdcəsinin gəlirləri 3,707 milyard manat təşkil edib ki, bu da aylıq proqnozu 32,0 milyon manat və ya 0,9 faiz üstələyib.
Dövlət büdcəsinin gəlirlərində İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar 2050,3 milyon manat təşkil edərək proqnozdan 50,3 milyon manat və ya 2,5 faiz, Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar 487,0 milyon manat təşkil edərək proqnozdan 2,0 milyon manat və ya 0,4 faiz, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti üzrə daxilolmalar 4,9 milyon manat təşkil edərək proqnozdan 0,2 milyon manat və ya 4,4 faiz, sair daxilolmalar 31,0 milyon manat təşkil edərək proqnozdan 3,1 milyon manat və ya 11,2 faiz çox, Dövlət Neft Fondundan transfert isə 1 070,0 milyon manat təşkil edərək proqnoza qarşı 100 faiz icra edilib.
Eyni zamanda, dövlət büdcəsindən maliyyələşən təşkilatların ödənişli xidmətlərindən daxilolmalar 64,1 milyon manat təşkil edərək proqnoza qarşı 73,1 faiz icra olunub. Yanvar ayında dövlət büdcəsinin xərcləri 1500,0 milyon manat proqnoza qarşı 1437,6 milyon manat məbləğində icra edilib ki, bu da 95,8 faiz təşkil edir.
2026-cı il dövlət büdcəsinin gəlirləri 38,609 milyard manat, xərcləri 41,704 milyard manat nəzərdə tutulur. Bu il Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmalar dövlət büdcəsi gəlirlərinin 43,8 faizini və ya 16 milyard 821 milyon manat təşkil edəcəkdir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisindən 1 milyard 321 milyon manat və ya 8,5 faiz, 2024-cü ilin icra göstəriciləri ilə müqayisədə isə 1 milyard 13 milyon manat və ya 6,4 faiz çoxdur.
Bununla yanaşı, dövlət büdcəsi gəlirlərinin 12 milyard 750 milyon manatı və ya 33,2 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 6 milyard 850 milyon manatı və ya 17,8 faizi Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin xətti ilə daxilolmaların, 1 milyard 21 milyon manatı və ya 2,7 faizi büdcə təşkilatlarının büdcədənkənar daxilolmalarının, 981 milyon manatı və ya 2,6 faizi isə sair gəlirlərin payına düşəcək. 2026-cı il üzrə dövlət büdcəsinə proqnozlaşdırılan Dövlət Vergi Xidmətinin xətti ilə daxilolmaların 78,6 faizi və ya 13 milyard 221 milyon manatı qeyri-neft-qaz sektorunun, 21,4 faizi və ya 3 milyard 600 milyon manatı neft-qaz sektorunun payına düşür.
Dövlət Gömrük Komitəsi üzrə daxilolmalar ÜDM-in 5,1 faizi həcmində olmaqla 6 milyard 850 milyon manat nəzərdə tutulur ki, bu da 2025-ci ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 250 milyon manat və ya 3,8 faiz, 2024-cü ilin faktı ilə müqayisədə 201,3 milyon manat və ya 3 faiz çoxdur.
2026-cı il üçün 41 milyard 548,6 milyon manat (ÜDM-in 31 faizi) həcmində proqnozlaşdırılan dövlət büdcəsi xərclərinin 24 milyard 771,7 milyon manatı və ya 59,6 faizi cari xərclərə, 14 milyard 319,3 milyon manatı və ya 34,5 faizi əsaslı xərclərə, 2 milyard 457,6 milyon manatı və ya 5,9 faizi dövlət borcuna və öhdəliklərinə xidmətlə bağlı xərclərə yönələcəyi proqnozlaşdırılmışdır.
Funksional təsnifat üzrə 2026-cı ildə ümumi dövlət xidmətləri üzrə xərclərinə 5 milyard 776.5 milyon manat (xüsusi çəkisi 13,9 faiz), müdafiə və milli təhlükəsizlik üzrə xərclərə 8 milyard 714,8 milyon manat (xüsusi çəkisi 21 faiz), məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq üzrə xərclərinə 3 milyard 553,6 milyon manat (xüsusi çəkisi 8,6 faiz), təhsil xərclərinə 4 milyard 985.8 milyon manat (xüsusi çəkisi 12 faiz), səhiyyə xərclərinə 2 milyard 52.4 milyon manat (xüsusi çəkisi 4,9 faiz), sosial müdafiə və sosial təminat üzrə xərclərinə 4 milyard 873 milyon manat (xüsusi çəkisi 11,7 faiz), mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, gənclər siyasəti və bu qəbildən olan digər fəaliyyət xərclərinə 568,6 milyon manat (xüsusi çəkisi 1,4 faiz), mənzil və kommunal təsərrüfatı üzrə xərclərinə 298,2 milyon manat (xüsusi çəkisi 0,7 faiz), kənd təsərrüfatı üzrə xərclərinə 1092,1 milyon manat (xüsusi çəkisi 2,6 faiz), ətraf mühitin mühafizəsi üzrə xərclərinə 357,2 milyon manat (xüsusi çəkisi 0,9 faiz), iqtisadi fəaliyyət xərclərinə 7630,7 milyon manat (xüsusi çəkisi 18,4 faiz), əsas bölmələrə aid edilməyən xidmətlər üzrə xərclərinə isə 1 milyard 645.7 milyon manat (xüsusi çəkisi 4 faiz) vəsait yönəldilməsi proqnozlaşdırılır.
2026-cı ildə dövlət büdcəsinin kəsiri 3 milyard 125.6 milyon manat proqnozlaşdırılır ki, bunun da 2 milyard 600.6 milyon manatının (83,2 faiz) borclanma, 400 milyon manatının (12,8 faiz) vahid xəzinə hesabının qalığı və 125 milyon manatının (4,0 faiz) özəlləşmədən daxilolmalar hesabına maliyyələşdirilməsi nəzərdə tutulur.
Dünya bazarında neftin qiymətlərinin 65 dollardan yüksək olması dövlət büdcəsinin icrası ilə bağlı optimist olmağa imkan verir. Çünki iqtisadiyyatı daha çox neft amilinə bağlı olan ölkəinin gəlirləri xərcləri bağlamağa imkan verəcək. Ancaq qiymətlərin gövrək olduğunu nəzərə alsaq risklər də var. Çünki 2026-cı ilin fevral ayı sonu üzrə dünya bazarında neft qiymətləri qarışıq, amma yüksəlmə meyli nümayiş etdirir, əsasən geosiyasi risklər və bazar gözləntiləri ilə əlaqədardır. Bu qiymətlər əvvəlki dövrlərə nisbətən daha yüksək risk xarakteri daşıyır, çünki bazarda faktiki təchizat pozulmasa da, geosiyasi narahatlıqlar qiymətləri dəstəkləyir.
Qlobal neft bazarında təklif artımı və “haqqı çatmayan yüksək ehtiyatlar” qiymət üzərində təzyiq yaradır, yəni təklif tələbdən sürətlə çoxalır. Bu ciddi aşağı təzyiq amilidir. Əksinə, iqtisadi aktivlik yüksəldikcə neftə tələbat artsa, qiymətlər yüksələ də bilər. Yaxın Şərqdə, xüsusən ABŞ-İran münasibətlərində gərginlik, qiymətləri yüksəldən amilidir. Potensial hərbi qarşıdurma və Yaxın Şərqdən neft axınının kəsilməsi qorxusu bazar iştirakçıları tərəfindən qiymətlərə sanki əlavə edilir. OPEC+ ölkələrinin hasilat səviyyəsini artırıb-azaltması qiymətləri bilavasitə formalaşdırır. Məhsuldarlığın azaldılması qiymətləri dəstəkləyir, artırılması isə aşağı təzyiq yarada bilər.
Dünya iqtisadiyyatındakı artım və ya zəifləmə neftə olan tələbatı dəyişdirir. Məsələn, böyük iqtisadiyyatlarda soyuma neftə tələbatın zəifləməsinə və qiymətlərin düşməsinə səbəb ola bilər. Neft dollarla qiymətləndiyindən ABŞ dollarının güclənməsi və ya zəifləməsi də qiymətləri təsir edir. Neft ehtiyatlarının səviyyəsi və ixracın dinamikası da qiymətlərə təsir edir. Yüksək inventar qlobal təklifi gücləndirərək qiymətləri aşağı sala bilər. Bir sözlə, qısa müddətdə geosiyasi qeyri-müəyyənlik və risklərin artması qiymətləri qaldırır. Orta-uzun müddətdə isə struktur olaraq təklif tələbdən daha sürətlə artdığı üçün qiymətlər üzərində aşağı təzyiq yarana bilər. Dünya neft bazarında qiymətlər hazırda orta hesabla $66–$73 barel səviyyəsindədir, lakin bu rəqəm qlobal iqtisadi göstəricilər, geosiyasi risklər, OPEC+ siyasəti və valyuta dinamikası kimi faktorlardan daimi olaraq təsirlənir ki, onun nəticələri birbaşa Azərbaycana da təsir edir...
M.Həmzəoğlu