Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub İqtisadiyyat

Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub

Qlobal fond bazarlarında əsas indekslərdə artım müşahidə olunub.

“APA-Economics” xəbər verir ki, ABŞ-də “Dow Jones” indeksi 1,24% və ya 612,34 bənd artaraq 49 910,59 bəndə, “S&P 500” indeksi 1,46% və ya 105,90 bənd yüksələrək 7 365,12 bəndə, “Nasdaq Composite” indeksi isə 2,02% və ya 512,81 bənd artaraq 25 838,94 bəndə çatıb.

“NYSE Composite” indeksi 1,20%, Kanada üzrə “S&P/TSX Composite” indeksi isə 1,24% artıb.

Avropada “Euro Stoxx 50” indeksi 2,68% artaraq 6 027,13 bənd, Böyük Britaniyanın “FTSE 100” indeksi 2,15% yüksələrək 10 438,66 bənd, Almaniyanın “DAX” indeksi 2,12% artaraq 24 918,69 bənd, Fransanın “CAC 40” indeksi isə 2,94% yüksələrək 8 299,42 bənd olub. İspaniyanın “IBEX 35” indeksi də 2,47% artıb.

Asiya bazarlarında Yaponiyanın “Nikkei 225” indeksi 5,62% və ya 3 344,38 bənd yüksələrək 62 857,50 bəndə çatıb.

“TOPIX” indeksi 3,12%, Honq Konqun “Hang Seng” indeksi 1,56%, Çinin “CSI 300” indeksi 0,19%, Avstraliyanın “S&P/ASX 200” indeksi isə 0,74% artıb. Bununla yanaşı, “MSCI AC Asia Pacific” indeksi 0,21% azalıb.

Analitiklərə görə, bazarlarda artıma əsasən Yaxın Şərqdə gərginliyin azalacağına dair gözləntilər, neft qiymətlərinin enməsi, eləcə də AMD-nin güclü proqnozundan sonra süni intellekt və yarımkeçirici şirkətlərinə tələbin artması təsir edib. ABŞ şirkətlərinin güclü maliyyə nəticələri də investor əhvalını dəstəkləyib.