09:42
959
İran ordusu ABŞ-nin Bəhreyndə yerləşən "Şeyx İsa" bazasındakı hərbi obyektlərinə zərbələr endirdiyini bəyan edib.
Xalqcebhesi.az xəbər verir ki, İranın "Mehr" agentliyinin yaydığı ordu mətbuat xidmətinin bəyanatında deyilir: "Bu gün səhər saatlarında İran İslam Respublikası ordusunun zərbə pilotsuz uçuş aparatları ABŞ-nin düşmən qüvvələrinin hərbçilərinin yerləşdiyi Bəhreyndəki "Şeyx İsa" bazasındakı obyektlərə hücum edib". Mətndə vurğulanır ki, bu hücumlar Amerika tərəfinin atəşkəs rejimini pozmasına cavab olaraq həyata keçirilib.
Məryəm Quliyeva