İordaniyanın XİN başçısı: Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalanmaq üzrədir
Ceyhun Bayramov: Azərbaycan və İordaniya arasında yaxın zamanda yeni sənədlər imzalanacaq
Azərbaycan və İordaniya XİN-ləri arasında siyasi məsləhətləşmələr keçirilib
Ceyhun Bayramovla İordaniya Baş nazirinin müavini arasında geniştərkibli görüş keçirilir - FOTO
12:44
637
Azərbaycan və İordaniya arasında viza rejiminin sadələşdirilməsi və enerji sahəsində əməkdaşlığa dair iki sənəd imzalanıb.
Bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin "X" hesabında məlumat paylaşılıb.
Bildirilib ki, sənədləri Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və İordaniya Haşimilər Krallığının Baş nazirinin müavini, xarici işlər və mühacir məsələləri naziri Əymən Əs-Səfadi imzalayıblar.
Belə ki, tərəflər Azərbaycan Respublikası Hökuməti ilə İordaniya Haşimilər Krallığı Hökuməti arasında ümumvətəndaş pasportu sahibləri üçün viza tələbinin qarşılıqlı ləğv edilməsi haqqında Saziş və Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İordaniya Haşimilər Krallığının Enerji və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji sahəsində əməkdaşlığa dair Anlaşma Memorandum imzalayıblar.
Qeyd edilib ki, bu sənədlər insanlararası təmasların asanlaşmasına, turizm, biznes, iqtisadiyyat, enerji və humanitar sahələrdə əməkdaşlığın genişlənməsinə töhfə verəcək.
13:29
385
13:23
406
13:21
399
