SEPAH Bəhreyn və Küveytdə ABŞ-nin 85 hərbi obyektinə zərbələr endirdiyini bildirib Gündəm

SEPAH Bəhreyn və Küveytdə ABŞ-nin 85 hərbi obyektinə zərbələr endirdiyini bildirib

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH, İran Silahlı Qüvvələrinin elit bölmələri) Hərbi Dəniz və Aerokosmik Qüvvələri ABŞ-nin İran ərazisinə hücumlarına cavab olaraq, Bəhreyn və Küveytdə yerləşən 85 Amerika hərbi obyektinə zərbələr endirib.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə SEPAH-ın "Fars" agentliyi tərəfindən yayılan bəyanatında bildirilir.

"Bu təcavüzə ilkin cavab olaraq, SEPAH-ın Hərbi Dəniz və Aerokosmik Qüvvələri tərəfindən raket və pilotsuz uçuş aparatlarının tətbiqi ilə keçirilən birgə əməliyyat zamanı ABŞ-nin Salman limanında, Bəhreyndəki ABŞ Hərbi Dəniz Qüvvələrinin Beşinci Donanmasının zonasında və Küveytdəki 'Əli əs-Salim' aviabazasında yerləşən 85 mühüm hərbi obyektinə zərbələr endirilib", — deyə sənəddə qeyd olunur.

Məryəm Quliyeva