DÇ-2026-da yeni rekord qeydə alındı İdman

DÇ-2026-da yeni rekord qeydə alındı

DÇ-2026-nın 1/8 final mərhələsinə yekun vurulub.

Sonuncu qarşılaşmada İsveçrə və Kolumbiya milliləri üz-üzə gəlib.

Matçın əsas vaxtında hesab açılmayıb - 0:0. Penaltilər seriyasında daha dəqiq oynayan İsveçrə yığması 4:3 hesabı ilə qalib gələrək 1/4 finala yüksəlib.

Bu qarşılaşma mundialda əsas vaxtı qolsuz başa çatan 8-ci oyun olub. Bu isə dünya çempionatları tarixində yeni rekorddur. Əvvəlki mundiallarda ən çoxu 7 matçda əsas vaxtda qol qeydə alınmamışdı.

Qeyd edək ki, DÇ-2026 iyulun 19-da başa çatacaq.