Şüvəlanda dənizdə batan 28 yaşlı şəxsin meyiti tapılıb Hadisə

Şüvəlanda dənizdə batan 28 yaşlı şəxsin meyiti tapılıb

Dünən Bakı şəhəri, Xəzər rayonu, Şüvəlan qəsəbəsində dənizdə nəzarətsiz ərazidə batan 1998-ci il təvəllüdlü Mustafayev Adıgözəl Ehtibar oğlunun meyiti tapılıb.

Bu barədə FHN-dən məlumat verilib.

Bildirilib ki, meyit Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıcları tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.