
2001-2013 illərdə fondun gəliri 101 milyard dollar olub
Tərlan
Azərbaycan Dövlət Neft Fonduna (ARDNF) 2001-2013 illərdə daxil olan vəsaitlərin həcmi 101 mlrd. dollar olub. APA-nın xəbərinə görə, bu barədə ARDNF-nin illik hesabatında yer alan məlumatda bildirilir. Daxilolmaların 64%-i istifadə olunduğu halda, 36%-i yığıma yönəlib. Ötən il ARDNF daxil olan vəsaitlərin həcmi 17 mlrd. 329,2 mln. manat olub ki, ondan 9,5%-i yığıma yönəlib. Bundan başqa, 2012-ci fonda daxil olan vəsaitlərin həcmi 17 mlrd. 405,4 mln. təşkil edib ki, ondan 24,9%-i yığıma yönəlib.
Hesabatda bildirilir ki, 2003-2013 illərdə ARDNF-dən dövlət büdcəsinə yönələn transfertlərin həcmi 46,435 mlrd. manat, o cümlədən 2013-cü ildə 11,35 mlrd. dollar təşkil edib. Ötən ilin sonuna ARDNF-nin aktivləri 5,12% artaraq 35 mlrd. 877,5 mln. manat təşkil edib. Onu da qeyd edək ki, aktivlərin 90% yüksək gəlirli qiymətli kağızların payına düşür. Ötən il ARDNF-nin investisiya portfelinin gəlirliliyi 1,77% təşkil etdiyi halda, son 7 ildə portfelin orta gəlirliliyi 2,46-ya bərabər olub.
Bu il Azərbaycanın dövlət büdcəsinin gəlirləri 18,384 mlrd. manat, xərcləri isə 20,063 mlrd. manat həcmində nəzərdə tutulur. Büdcə gəlirlərinin strukturunda 9,337 mlrd. manat Dövlət Neft Fondundan transfert, 7,102 mlrd. manat Vergilər Nazirliyi, 1,510 mlrd. manat Dövlət Gömrük Komitəsinin xətti ilə, 0,4 mlrd. manat büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmalar, qalanı isə sair daxilolmaların payına düşür. Bu isə o deməkdir ki, büdcə gəlirlərinin yarısı təkcə Heft Fondunun hesabına təmin ediləcək. Vergilər Hazirliyinin xətti ilə daxilolmalarda da ARDHŞ-in vergi şəklində ödəmələrinin mühüm yer tutduğunu nəzərə alsaq, əslində 2014-cü ildə də dövlət büdcəsinin üçdə ikisi neft amili ilə bağlı olacaq. Bu xəbərlər dövlət büdcəsinin gəlirlərinin 75%-i neftdən asılı olan Azərbaycan üçün düşündürücü məsələdir.
Azərbaycan hökuməti hələlik ümidlərini daha çox neft gəlirlərinə bağlayıb. Əlbəttə, 2014-cü ilin dövlət büdcəsinin icrası üçün də hər hansı bir təhlükə yoxdur və burada "təhlükəsizlik yastığı" rolu oynayan Dövlət Neft Fondudur. Ölkənin 50 milyard dollara yaxın valyuta ehtiyatları var. Hər hansı bir səbəbdən, o cümlədən xarici bazarda konyunkturun pisləşməsinə görə büdcə gəlirləri ciddi şəkildə azalacağı təqdirdə büdcənin sekvestri, yəni büdcə xərclərinin azaldılması mümkündür.
Heftin ucuzlaşacağı halda investisiya xərcləri adı altında həyata keçiriləcək tikinti layihələri təxirə salına bilər. Bu il büdcə xərclərinin tərkibində əsas yeri sənaye və tikinti xərcləri (6,282 mlrd. manat), dövlət əsaslı vəsait qoyuluşları (6,260 mlrd. manat) tutacaq. Sosial müdafiə və sosial təminat xərcləri 2,072 mlrd. manat, ümumi dövlət xidmətlərinə 1,997 mlrd. manat, təhsilə 1,653 mlrd. manat, müdafiəyə 1,637 mlrd. manat, məhkəmə hakimiyyəti, hüquq-mühafizə və prokurorluq orqanları üzrə xərclər isə 1,240 mlrd. manat təşkil edəcək.
Şist neft yataqlarının aktiv işlənməsi dünya neft bazarında balansın pozulmasına və qiymətlərin enməsinə səbəb olacağı gözlənilir. Ekspertlərin fikrincə, artıq 2020-ci ildə neftin 1 barelinin qiyməti 80 ABŞ dollarına enəcək. Neftin ehtiyatlarının tükənməsi ilə bağlı narahatlıqlar getdikcə daha da əsassız görünür. BP-nin proqnozlarına görə, artıq 2013-cü ildə ABŞ şist yataqlarındakı neft hasilatı sayəsində neft hasilatının həcminə görə, Rusiya və Səudiyyə Ərəbistanını geridə qoyaraq dünyada birinci yerə çıxacaq. Proqnozlara görə, 2020-ci ildə ABŞ sutkada 6 mln. barel (ildə 300 mln. ton) şist nefti hasil edəcək, hasilatın artımı qiymətlərin enməsinə səbəb olacaq. Nəticədə, artıq 2015-ci ildə OPEC neftin qiymətinin 100 dollardan aşağı düşməməsi üçün hasilatı azaltmalı olacaq. Buna baxmayaraq, 2020-ci ilə neftin qiyməti 80 dollara düşəcək.
Hər halda neft hasilatında azalma davam edir. 2010-cu ildə təkcə "Əsrin müqaviləsi" üzrə 42 milyon ton neft çıxarılmışdı. İndi isə söhbət 32 milyon tondan gedir. Məqsəd bundan sonra istehsalı sabit saxlamaq və daha da azalmaya yol verməməkdir. Hasilat azaldığından ixrac da aşağı düşür. Azərbaycanın 1994-2009-cu illər ərzində xarici şirkətlərlə imzaladığı 31 beynəlxalq neft-qaz (PSA tipli) sazişlərinin icrasına yatırılacaq sərmayələrin ümumi həcmi 60 mlrd. ABŞ dollardır. Artıq bu investisiyanın 40 mlrd. dollara yaxını neft-qaz sektoruna yatırılıb. Hazırda Azərbaycanın quru və dəniz sektorunda 61 yatağın istismar olunur. Heft hasilatı 1997-ci ildən sonra 5,5 dəfə artırılaraq 2010-cu ildə 52 milyon tona, gündəlik neft istehsalı isə rekord səviyyəyə - 1 mln. barelə çatdırılıb. Ancaq 2011-ci ildən neft hasilatı azalır.
2012-ci ildə ARDNŞ-lə bp şirkəti arasında aparılan danışıqlarda neft istehsalının sabitləşdirilməsi ilə bağlı ilkin razılıq əldə edilmişdi. Bununla bağlı proqrama əsasən, 2014-cü ildə "Əsrin müqaviləsi" çərçivəsində neft hasilatı 35 milyon ton proqnozlaşdırılırdı. Amma görünür, bu, belə olmayacaq və hasilat daha az olacaq. Hər halda 2014-2024-cü illərdə neft hasilatının sabit qalması, o cümlədən 2020-ci ilədək ildə 33-34 mln. ton təşkil etməsi nəzərdə tutulurdu.
Dünya bazarında brent markalı neftin 1 barelinin qiyməti 110 dollar ətrafında dəyişir. Bu qiymət Azərbaycan üçün əlverişlidir. Çünki dövlət büdcəsinin gəlirləri hesablanarkən "qara qızıl"ın qiyməti 1 barel üçün 100 dollar nəzərdə tutulub. Deməli, indiki halda ölkəmiz proqnozlardan əlavə gəlir əldə etmək imkanlarına malikdir. Ona görə də bu il dövlət büdcəsinin icrasında hər hansı problem olmayacaq. Bu il Azərbaycanın qeyri-neft sektorunun 10%, növbəti 3 ildə isə 8% artacağı gözlənilir.