Sabunçuda başı dəmir barmaqlıqlar arasında qalan azyaşlı ölüb Hadisə

Sabunçuda başı dəmir barmaqlıqlar arasında qalan azyaşlı ölüb

Sabunçuda başı dəmir barmaqlıqlar arasında qalan azyaşlı ölüb.

APA xəbər verir ki, hadisə rayonunun Ramana qəsəbəsində baş verib.

Belə ki, 2018-ci il təvəllüdlü Y. Ə. yaşadığı evin həyətində dəmir barmaqlıqların arasından keçərkən başı ilişib. Nəticədə azyaşlı boğularaq ölüb.

Faktla bağlı araşdırma aparılır.