ABŞ Hörmüzün açılması müqabilində İrandan sanksiyaların götürülməsini təklif edib
Bakı–Ağstafa–Bakı marşrutu üzrə əlavə qatar reysləri həyata keçiriləcək
“Laçın Şəhəri Gününün qeyd edilməsi tarixi yaddaşın qorunmasına xidmət edir”
Azad edilmiş ərazilərdə müəssisələr 17,4 milyon manat dəyərində rüsumlardan azadolma əldə edib
12:52
392
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində növbəti köç karvanı Xocavənd rayonuna çatıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 48 ailə – 191 nəfər köçürülüb.
***
12:35
İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış proqramı çərçivəsində Xocavənd rayonuna növbəti köç karvanı yola salınıb.
APA-nın Qarabağ bürosunun məlumatına görə, bu mərhələdə Xocavənd şəhərinə, Qırmızı Bazar qəsəbəsinə və Quzeyxırman kəndinə ümumilikdə 48 ailə – 191 nəfər köçürülür.
Onlardan 19 ailə (88 nəfər) Xocavənd şəhərinə, 11 ailə (42 nəfər) Qırmızı Bazar qəsəbəsinə, 13 ailə (61 nəfər) isə Quzeyxırman kəndinə yola salınıb.
Köçürülən ailələr uzun illər respublikanın müxtəlif ərazilərində müvəqqəti məskunlaşıblar.
Sakinlər doğma torpaqlarına qayıtdıqları üçün sevinc hisslərini bölüşüblər.