Almaniya kamikadze dronlarının ilk sınaqlarını keçirib Dünya

Almaniya kamikadze dronlarının ilk sınaqlarını keçirib

Almaniya Silahlı Qüvvələri (Bundesver) Litvada keçirilən təlimlər zamanı ilk dəfə kamikadze dronlarının taktiki sınaqlarını reallaşdırıb.

Xalqcebhesi.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi məlumat yayıb.

"Bazar günü Litvada Bundesver ilk dəfə kamikadze dronlarının taktiki tətbiqi üzrə təlimlər keçirib", – deyə nəşrdə bildirilir.

Məlumatda qeyd olunur ki, bu sınaqlar Belarusla sərhəd yaxınlığında yerləşən Rudninkay poliqonunda keçirilən "Freedom Shield" ("Azadlıq qalxanı") manevrlərinin bir hissəsidir. Almaniyanın "Helsing" və "Stark" şirkətlərinin istehsalı olan, təlim xarakterli inert döyüş başlıqları ilə təchiz edilmiş gəzən sursatların sınaqlarını Almaniya Quru Qoşunlarının müfəttişi, general-leytenant Kristian Froydinq izləyib. Təlimlər zamanı pilotsuz uçuş aparatları (PUA) şığıma manevrlərini məşq edib və əsas döyüş tanklarını hədəfə alaraq vurub.

Məryəm Quliyeva