“Bolqarıstan Cənub Qaz Dəhlizində strateji tərəfdaşdır“ İqtisadiyyat

“Bolqarıstan Cənub Qaz Dəhlizində strateji tərəfdaşdır“

"Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Bolqarıstanı Cənub Qaz Dəhlizində (CDQ) strateji tərəfdaş sayır".
Bunu Bakıda keçirilən "Cənub Qaz Dəhlizi və Cənub-Şərqi Avropanın enerji təhlükəsizliyi" mövzusunda konfransda SOCAR-ın investorlarla əlaqələr şöbəsinin rəisi Kamran Hüseynov deyib.
"SOCAR Balkans S.a.r.l." şirkəti ilə "Bulgartransgaz" arasında Bolqarıstana və bu ölkə vasitəsilə Cənub-Şərqi Avropaya əlavə qaz ixracı marşrutlarının aşkar edilməsi imkanları barədə anlaşma memorandumunun imzalandığını xatırladan Kamran Hüseynov əlavə edib ki, Bolqarıstan CQD çərçivəsində əsas tranzit ölkə kimi nəzərdən keçiriləcək.
SOCAR rəsmisi Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) layihəsinə toxunaraq bildirib ki, CDQ-nin tərkib hissəsi olan bu layihə Azərbaycandan 1 mlrd. kubmetr qaz idxal edilməsi üçün istifadə olunacaq.
Kanran Hüseynov həmçinin Trans-Adriatik Boru Kəməri (TAP) və Trans-Anadolu Qaz Boru Kəməri (TANAP) layihələri barədə geniş məlumat verib və bildirib ki, TAP layihəsi üzrə işlərin 75%-i, TANAP layihəsinin 1-ci fazası üzrə isə işlərin 80%-i artıq tamamlanıb.