Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
28 Oktyabr 2019 17:13
2 583
Sentyabrdan etibarən “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən uzaq məsafədə yerləşən kəndlərdə mövsümi mineral gübrələrin güzəştli şərtlərlə səyyar satışına başlanılıb. Mineral gübrələrin güzəştli şərtlərlə növbəti səyyar satışı Ağcabədi, Füzuli, Beyləqan, Saatlı, Sabirabad, Neftçala, Salyan, Qazax, Ağstafa, Tovuz və Samux rayonlarında təşkil ediləcək.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən verilən məlumata görə, səyyar satışlar oktyabrın 29-da Ağcabədinin Kəbrli və Saatlının Bəylər kəndlərində, oktyabrın 30-da Ağcabədinin Aşağı Təzəkənd, Sabirabadın Çölbeştəli və Qazaxın Çaylı kəndlərində, oktyabrın 31-də Füzulinin Qayıdış qəsəbəsində, Sabirabadın Muğan Gəncəli və Ağstafanın Qırlı kəndlərində, noyabrın 1-də Beyləqanın Mayak, Neftçalanın Xəzər və Tovuzun Xatınlı kəndlərində, noyabrın 2-də Beyləqanın Yuxarı Aran, Salyanın Yenikənd və Samuxun Qarayeri kəndlərində baş tutacaq.
Həmçinin ətraf kəndlərin sakinləri tələb olunan sənədləri - torpaq aktı və ya çıxarış, icra nümayəndəsindən ərizə-məlumat formasını və şəxsiyyət vəsiqəsinin surətini təqdim etməklə 70 faiz güzəştdən yararlanaraq mineral gübrə ala bilərlər. Səyyar satış xidmətlərinin təşkil ediləcəyi yerlər barəsində məlumat almaq üçün “1652” Çağrı mərkəzi və (+99451) 255-93-83, (+99451) 229-32-07 əlaqə nömrəsinə müraciət etmək lazımdır.
11 Sentyabr 18:10
959
11 Sentyabr 17:08
931
11 Sentyabr 16:24
980