“Ermənistanla Azərbaycan arasında olan gərginlik daha da güclənəcək” İqtisadiyyat

“Ermənistanla Azərbaycan arasında olan gərginlik daha da güclənəcək”

Tofiq Zülfüqarov: “Ermənistan bunu başa düşür”

“Təəssüf ki, bu il də Qarabağ məsələsində bir irəliləyiş əldə edilmədi. Il boyu Ermənistanın mövqeyi xeyli sərtləşib. Azərbaycana qarşı bir neçə hərbi təxribatlar baş verib. Bunların sırasında mayor rütbəli hərbçimizin şəhid edilməsi, bir sıra əsgərlərimizin düşmən snayperləri tərəfindən şəhid edilməsi göstərdi ki, həm siyasi, həm də hərbi baxımdan Ermənistan hakimiyyəti vəziyyəti daha da gərginləşdirir. Onların məqsədi vəziyyəti gərginləşdirmək və bu fonda Azərbaycan tərəfini hansısa hərəkətlərə təhrik etməkdir”. Bunu politoloq Tofiq Zülfüqarovla deyib. O bildirib ki, vasitəçilərdən bundan öncə olduğu kimi, Rusiya daha fəal görünür: “Amma təəssüflər olsun ki, Rusiyanın xarici işlər naziri Lavrov tərəfindən atılan addımlar daha çox vəziyyəti dondurmaq məqsədi güdür. Yəni onun addımlarında məqsəd heç də Qarabağ probleminin həlli istiqamətində hansısa irəliləyişə nail olmaq deyil
Biz görürük ki, real danışıqlar, real mövzuların müzakirəsi barəsində demək olar ki, danışıqlar olmur. Sadəcə, görüşlər keçirilir. Ermənistan tərəfi çalışır ki, Qarabağdakı separatçı rejimi danışıqlar prosesinə cəlb etsin. Belə olarsa, o zaman Azərbaycan iki erməni tərəfi ilə danışıqlara cəlb olunacaq ki, bu da Ermənistanın xeyrinədir. Yəni Ermənistan uydurma Qarabağ xalqı, Qarabağ “dövlətini” tərəf kimi proseslərə cəlb etmək istəyir ki, bu da yolverilməzdir.
İctimaiyyət hiss etmişdi ki, Lavrovun yürütdüyü siyasət ermənipərəstdir və məqsəd bu prosesi daha da uzatmaqdır. Ortaya atılmış icmalar məsələsi də bunun tərkib hissəsidir.
Fransa və ABŞ-ın vasitəçilik rolu ya formalaşmayıb, ya da aktivləşməyib. Əvəzində Lavrov xətti özünü daha çox büruzə veriur. Bu xətt isə imitasiya prosesi həyata keçirmək, ictimaiyyəti aldatmağa hesablanıb”.

Politoloq deyib ki, işğaldakı torpaqlar azad edilməsə, didərgin düşmüş yüz minlərlə insan öz evlərinə qayıtmasa, o zaman təbii ki, Ermənistanla Azərbaycan arasında olan gərginlik qalacaq və mən deyərdim ki, tədricən daha da güclənəcək: “Hiss olunur ki, Ermənistan da bunu başa düşür. Ermənistanın apardığı təbliğata fikir versəniz grəcəksiniz ki, bu təbliğatda hərbi ritorikaya, real və uydurulmuş hansısa silahlara xüsusi yer verilir. Belə bir görüntü yaratmağa çalışırlar ki, onlar guya hərbi cəhətdən gücləniblər. Göstərmək istəyirlər ki, onlar danışıqlar prosesinə yox, ilk növbədə müharibəyə hazırlaşırlar. Onlar başqa bir yol qəbul etmrlər. Onlar da anlayırlar ki, Azərbaycan bu cür vəziyyətlə heç vaxt razılaşmayacaq.
Ermənistanın verdiyi bu kimi bəyanatlar onların öz imkanları ilə bağlı deyil. Onların ümidi Rusiyayadır. Lakin inandırıcı deyil ki, Rusiya hər dəfə əməliyyatlarda Ermənistanın yanında dayanacaq. Gələn il gərginliyin artması, bu və ya digər şəkildə hərbi əməliyyatların bərpasını istisna etmirəm”.