“Boing” ölkəmizə ən son model iki yük təyyarəsi satıb İqtisadiyyat

“Boing” ölkəmizə ən son model iki yük təyyarəsi satıb

"Boeing" korporasiyası Azərbaycanın "Silk Way" aviadaşıyıcısına məxsus iki yük təyyarəsini tədarükünü həyata keçirib. "APA-Economics"in "Boeing"ə istinadən verdiyi məlumata görə, "Silk Way" şirkəti "Boeing 747-8" tipli müasir yük təyyarələri təchiz edilib. Təyyarələrdən biri ötən həftə, digəri isə avqustun 28-də çatdırılıb.
"Silk Way Holding"in prezidenti Zaur Axundov bildirib ki, bu təyyarələrə yatırılan sərmayə ilə şirkət yüklərin uurlu və mənfəətli daşıyıcısı olmaq niyyətindədir: "İki yük "Boeing"nin tədarük edilməsi bu istiqamətdə mühüm addımdır".
Öz növbəsində şirkətin Yaxın Şərq, Rusiya və Mərkəzi Asiya regionunda satış üzrə vitse-prezidenti Marti Bentrot isə "Silk Way Airlines"la davam edən əməkdaşlıq əlaqələrindən qürur duyduğunu bildirib.
Qeyd edək ki, hazırda "Boeing 747-8" tipli yük hava gəmisi dünyada istehsal olunmuş ən sonuncu yük təyyarəsi modelidir. Təyyarənin yükgötürmə qabiliyyəti 130 min tondan çoxdur. Bu cür təyyarələr "Silk Way Airlines"a Asiya, habelə Amerikaya da yük daşınmasına imkan verəcək.