28 Oktyabr 12:30
Ermənistan hökuməti Müstəqillik bəyannaməsində müəyyən problemlər görür
Gürcüstan parlamentinin komitə sədri Azərbaycanla dostluq qrupuna rəhbərlik edəcək
Samir Şərifov belaruslu həmkarı ilə Ağdamın Qızıl Kəngərli kəndində olub - FOTO
Kreml Rusiya və Azərbaycan liderlərinin Düşənbə görüşünün nəticələrini yüksək qiymətləndirir
16 İyul 2020 11:32
1 463
SOCAR bu ilin iyul ayının 17-dən Bakı-Novorossiysk boru kəməri ilə (Şimal boru kəməri) neftin nəqlini bərpa edəcək.
Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.
"Sabahdan bu kəmər vasitəsi ilə neftin nəqli bərpa ediləcək", - deyə İ. Əhmədov qeyd edib.
Xatırladaq ki, Bakı-Novorossiysk boru kəməri ilə neftin nəqli texniki səbəblərdən yanvar ayında dayandırılmışdı.
Energetika Nazirliyinin məlumatına gərə, 2019-cu ildə SOCAR Bakı-Novorossiysk neft kəməri ilə 824,4 min ton neft nəql edib ki, bu göstərici 2018-ci illə müqayisədə 36,5% azalıb.
Qeyd edək ki, Bakı-Novorossiysk boru kəmərinin uzunluğu 1 147 kilometrdir: Azərbaycan hissəsinin uzunluğu 231 kilometr, Rusiya hissəsinin uzunluğu isə 916 kilometr təşkil edir.