Tayvanın Avropa açılımı: Aİ Pekinə qarşı sərhədi harada çəkəcək?
11 Sentyabr 19:39
11 Sentyabr 19:39
11 Sentyabr 17:47
11 Sentyabr 14:25
11 Sentyabr 12:25
14 Sentyabr 2020 20:00
2 534
2020-ci ildə OPEC+un neft hasilatının tənzimlənməsi ilə bağlı qərarlarına uyğun olaraq Azərbaycanda maye karbohidrogenlərin hasilatı 0,07 milyon barel/sutka azalaraq ortalama 0,72 milyon barel/sutka təşkil edəcək.
Trend bu barədə OPEC-in neft bazarı üzrə aylıq hesabatına istinadən məlumat verir.
Hesabata əsasən, 2021-ci ildə 0,01 milyon barel/sutka azalma gözlənilir:
“Azərbaycanda maye karbohidrogenlərin hasilatı iyun ayında əvvəlki ayla müqayisədə 0,02 milyon barel/sutka azalaraq orta hesabla 0,68 milyon barel/sutka təşkil edəcək. Bu göstərici, iyul ayında da təxminən eyni səviyyədə qalıb. Avqust ayı üzrə ilkin hasilat göstəriciləri əvvəlki ayla müqayisədə 0,03 milyon barel/sutka artım və orta hesabla 0,7 milyon barel/sutka hasilat nümayiş etdirir”.
Qeyd edək ki, Energetika Nazirliyinin məlumatlarına əsasən, 2020-ci ilin avqust ayında kondensatla birgə neft hasilatı 669,1 min barel/sutkaya bərabər olub. Bunun 584,6 min bareli neftin, 84,5 min bareli kondensatın payına düşüb.
Xam neftin 460,4 min bareli “Azəri-Çıraq-Günəşli” yatağının, 124,2 min bareli SOCAR-ın payına düşüb.
11 Sentyabr 18:10
1 022
11 Sentyabr 17:08
994
11 Sentyabr 16:24
1 036