“Vaşinqton hərbi gücdən istifadə edərsə…”
29 Sentyabr 15:04
29 Sentyabr 15:04
29 Sentyabr 14:48
29 Sentyabr 14:40
29 Sentyabr 13:47
5 Noyabr 2020 10:17
2 065
Bu ilin sentyabr ayında dünyada hava nəqliyyatı ilə yükdaşımaların həcmi illik ifadədə 8% azalıb. Avqustda azalma 12,6% təşkil etmişdi.
"APA-Economics"in məlumatına görə, bu barədə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının (IATA) açıqlamasında deyilir.
IATA qeyd edir ki, bununla belə, sentyabrda ən böyük azalma Latın Amerikasında (22,5%), Asiya-Sakit Okean regionunda (15,9%) və Avropada (15,4%) qeydə alınıb. Yaxın Şərqdə azalma 2,6% olub. Afrikada yükdaşımalar 8,2%, Şimali Amerika isə 8,6% artıb.
Hesabat ayında hava nəqliyyatı ilə beynəlxalq yükdaşımalar illik ifadədə 9,9% azalıb.
Qeyd edək ki Dövlət Statistika Komitəsinin hesabatına görə, cari ilin yanvar-sentyabr aylarında Azərbaycanda hava nәqliyyatı ilә yükdaşıma 2,4 dәfә artaraq 316,5 min ton təşkil edib.
15:21
532
15:19
490
15:00
497